Fransada təmsilçilərimizdən biri sevindi, digəri üzüldü

ESTAFET/ Qadın voleybolçular arasında Fransa çempionatında növbəti turun oyunları oynanılıb. İki günü əhatə edən 7-ci turda təmsilçilərimizin komandaları fərqli nəticələr qazanıblar. 

İlk oyun günündə öz azarkeşləri qarşısında meydana çıxan Anastasiya Qurbanovanın komandası "Venell" "Milhaus"la oynayıb və 3:2 (25:19, 22:25, 25:27, 25:21, 15:12) hesablı qələbəyə sevinib.  Qurbanova özü isə görüş ərzində 15 xal toplayıb. 

Olena Həsənovanın komandası "Le Kann" isə səfərdə "Beziers"lə qarşılaşıb. Hesabda öndə olmasına baxmayaraq, təmsilçimizin komandası 2:3 (17:25, 25:23, 25:23, 15:25, 13:15) hesablı məğlubiyyətdən qaça bilməyib. Həsənova bu oyunda aktivinə 14 xal yazdırıb.

7 turdan sonra hər iki komandanın aktivində 11 xal var və eyni xala malik digər 3 komanda ilə birlikdə 4-8-ci yerləri bölüşürlər.