Məmmədova - 12, Poznyak - 6
ESTAFET/ Voleybol üzrə qadınlar arasında Rusiya Premyer Liqasında 7-ci turun oyunları keçirilib və bu ölkədə oynayan yığma komandamızın üzvləri öz komandaları ilə növbəti oyunlarına çıxıblar.
Natalya Məmmədovanın şərəfini qoruduğu "Dinamo-Kazan" komandası "Zareçye-Odintsovo"nun qonağı olub və 3:0 (25:23, 25:10, 25:16) hesablı qələbəyə sevinib. Məmmədova oyunda 12 xal toplayıb.
Kseniya Poznyakın oynadığı "Leninqradka" isə öz azarkeşləri qarşısında eyni hesabla Saratovun "Proton" komandasına məğlub olub - 0:3 (16:25, 29:31, 17:25). Komandasının kapitanı olan Poznyak oyunda 6 xal yığıb.
7 turdan sonra turnir cədvəlində "Dinamo-Kazan" 18 xalla birinci, "Leninqradka" isə 10 xalla beşinci sıradadır.