Son çempion debütanta məğlub oldu
ESTAFET/ Bu gün qadın həndbolçular arasında Azərbaycan çempionatında ikinci dövrənin oyunlarına start verilib. 6-cı turun ilk qarşılaşması Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutub.
Son ölkə çempionu, yerli "Nur" çempionatın debütantı "Azərsu"nu qəbul edirdi. Maraqlı keçən qarşılaşma gözlənilmədən qonaqların 25:21 hesablı qələbəsi ilə yekunlaşıb.