QADIN GÜLƏŞİLƏRİMİZİN FİASKOSU
ESTAFET/ Xəbər verdiyimiz kimi, bugündən etibarən Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışı start götürüb.
Yığmamız püşkün nəticəsinə əsasən, Çin, Ukrayna və Monqolustan komandaları ilə birlikdə B qrupunda mübarizəyə qoşulmuşdu.
İlk görüşünü Monqolustan güləşçilərinə qarşı keçirən yığmamız 2:6 hesabı ilə məğlub olublar. İkinci qarşılaşma isə yığmamız üçün acınacaqlı alınıb. Belə ki, Çin yığması ilə qarşılaşmada güləşçilərimiz bütün görüşlərdən məğlub ayrılıblar - 0:8. Qrupdakı sonuncu görüşü Ukrayna yığmasına qarşı keçirən güləşçilər 4:4 hesablı bərabərə qalsalar da, texniki xallara görə ukraynanlılar görüşün qalibi olublar.
Bununla da qrupda sonuncu olan yığmamız, digər qrupun sonuncusu İsveç yığması ilə sabah 7-8-ci yerlər uğrunda qarşılaşacaq.