DÜNYA ÇEMPİONATININ PÜŞKÜ ATILDI

ESTAFET/ Bu gün dünyada futbol azarkeşlərinin səbirsizliklə gözlədiyi tədbirlərdən biri baş tutub. Belə ki, 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatının püşkü atılıb. Mundialın püşkatma mərasimi Moskvanın Dövlət Kreml Sarayında keçirilib.
Püşkatmada 32 yığma hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Püşkatma öncəsi millilər FIFA reytinqindəki mövqelərinə uyğun olaraq 4 səbətə bölünmüşdülər. Reqlamentə uyğun olaraq, hər qrupda maksimum iki Avropa təmsilçisi ola bilərdi. Digər qitələr isə qruplarda yalnız bir milli ilə təmsil oluna bilərdilər.
Səbətlərin tərkibi belə idi:
1-ci səbət: Rusiya, Braziliya, Almaniya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa
2-ci səbət: İspaniya, Peru, İsveçrə, İngiltərə, Kolumbiya, Meksika, Uruqvay, Xorvatiya
3-cü səbət: Danimarka, İslandiya, Kosta-Rika, İsveç, Tunis, Misir, Seneqal, İran
4-cü səbət: Serbiya, Nigeriya, Avstraliya, Yaponiya, Mərakeş, Panama, Cənubi Koreya, Səudiyyə Ərəbistanı
Püşkatma nəticəsində komandalar aşağıdakı qruplarda yer alıblar:
A qrupu
Rusiya
Səudiyyə Ərəbistanı
Misir
Uruqvay
B qrupu
Portuqaliya
İspaniya
Mərakeş
İran
C qrupu
Fransa
Avstraliya
Peru
Danimarka
D qrupu
Argentina
İslandiya
Xorvatiya
Nigeriya
E qrupu
Braziliya
İsveçrə
Kosta Rika
Serbiya
F qrupu
Almaniya
Meksika
İsveç
Cənubi Koreya
G qrupu
Belçika
Panama
Tunis
İngiltərə
H qrupu
Polşa
Seneqal
Kolumbiya
Yaponiya