Məhəmməd Məmmədli kubokun sahibi oldu
ESTAFET/ Şüvəlan qəsəbəsində yerləşən Ağr Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku yarışları 62 kq çəki dərəcəsindəki atletlərin mübarizəsi ilə davam edib.
Bu çəkidə fəxri kürsünün ən yüksək pilləsinə 20 yaşlı gənc İsmayıllı atleti Məhəmməd Məmmədli qalxıb. O, toplam 270 kq (birdənqaldırmada 120 kq, təkanla qaldırmada isə 150 kq) nəticə ilə qızıl medala sahib çıxıb. Neftçala atleti Xəlilov Kənan 235 kq (110+125) nəticə ilə ikinci, Lənkəran atleti Qasımov Rüstəm isə 227 kq (106+121) nəticə ilə üçüncü olublar.