Qadınların mübarizəsində 7-ci turun oyunları baş tutub

ESTAFET/ Bu gün qadın həndbolçuların sayca 25-ci olan Azərbaycan çempionatında 7-ci turun görüşləri keçirilib.

 

ABU Arenada ilk olaraq meydana Mingəçevirin "Nur" komandası ilə "İdman Akademiyası" çıxıb. Görüş son ölkə çempionunun 36:20 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Daha sonra meydana çıxan "Azəryol" çempionatın autsayderi "Gənclər Birliyi"ni peşman edib - 38:17.

 

Günün son, turun mərkəzi görüşündə "Qarabağ" komandası "Azərsu" ilə qarşılaşırdı. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada qalibi müəyyən etmək mümkün olmayıb - 23:23. 

 

Həndbol üzrə Azərbaycan çempionatı - Qadınlar

 №   Komandalar  O   Q   B   M   T - F   X
 1   Azəryol 7 6 0 1 231 - 152  12 
 2   Azərsu 7 5 1 1 232 - 153  11 
 3   Nur 7 4 0 3 234 - 168  8 
 4   Qarabağ 7 3 1 3 190 - 174  7 
 5   İdman Akademiyası 7 1 0 6 147 - 243  2 
 6   Gənclərbirliyi 7 1 0 6 151 - 262  2