"QARABAĞ" MACƏRASI MƏĞLUBİYYƏTLƏ BİTDİ
ESTAFET/ UEFA Çempionlar Liqasında sonuncu - VI tura start verilib. Qrup mərhələsinin son turunun ilk oyun günündə Azərbaycan çempionu "Qarabağ" da meydana çıxıb. Təmsilçimiz səfərdə İtaliya "Roma"sı ilə qarşılaşırdı.
Matçın taleyini bir qol həll edib. İlk hissədə edilən bütün cəhdlərə baxmayaraq hesab açılmayıb. İkinci hissədə isə meydan sahibləri argentinalı legionerləri Perottinin qolu ilə önə keçiblər.
Görüş bu hesabla da yekunlaşıb və "Qarabağ"ın Çempionlar Liqası macərası məğlubiyyətlə başa çatıb.
5 dekabr
"Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan) 1:0
Qol: Perotti, 53
Baş hakim: Tobias Stieler
Yan xətt hakimləri: Mayk Pikel, Yan Seydel
Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers
Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)
Roma. Olimpiya stadionu
"Roma": 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi
Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson
Baş məşqçi: Eusebio de Françesko
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov