RUSLARA AĞIR CƏZALAR TƏTBİQ OLUNDU
ESTAFET/ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsinin İsveçrənin Lozanna şəhərində keçirilən iclasında dopinq qalmaqalı ilə bağlı Rusiya yığmasının 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyulub.
Alınan qərarlara görə, oyunlarda Rusiya bayrağının dalğalandırılmasına və Rusiya himninin səsləndirilməsinə qadağa qoyulub. Oyunlarda olimpiya bayrağı altında yalnız dopinq qalmaqalında adları hallanmayan rus idmançılar iştirak edə bilərlər.
Rusiya baş naziri Vitaliy Mutko Olimpiadada iştirakdan ömürlük məhrum olunub. Eyni sanksiya keçmiş idman naziri Yuriy Naqornıxa da tətbiq edilib.
2014-cü ildə Soçi şəhərində keçirilən Qış Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etmiş Dmitriy Çernışenko 2022-cü ildə Pekində keçiriləcək Olimpiya Oyunlarının əlaqələndirmə komissiyasının tərkibindən çıxarılıb.
Eyni zamanda, Rusiya anti-dopinq qaydalarının pozulması hallarının araşdırılmasına çəkilmiş xərclərin ödənilməsi üçün Müstəqil Anti-dopinq Komissiyasına (ITA) 15 milyon dollar ödəməlidir.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 2018-ci il 9-25 fevral tarixlərində keçiriləcək.
Mənbə: sport24