ÇEMPİONLAR LİQASINDA 1/8 FİNALIN PÜŞKÜ ATILDI
ESTAFET/ Bu gün UEFA-nın Nyon (İsveçrə) şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.
Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək. 1/8 finalda eyni ölkədən olan və eyni qrupdan çıxan komandalar qarşılaşa bilməz.
1/8 finala qrup qalibi kimi çıxan, Azərbaycanda da kifayət qədər azarkeşi olan qardaş Türkiyə təmsilçisi "Beşiktaş" bu mərhələdə Almaniyanın ən titullu komandası "Bavariya" ilə qarşılaşacaq.
Heç şübhəsiz ki, bu mərhələnin ən maraqlı cütləri "Çelsi" - "Barselona" və "Real" - PSJ qarşılaşmalarıdı.
Çempionlar Liqası
1/8 final
"Yuventus" (İtaliya) - "Tottenhem" (İngiltərə)
"Bazel" (İsveçrə) - "Mançester Siti" (İngiltərə)
"Porto" (Portuqaliya) - "Liverpul" (İngiltərə)
"Sevilya" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)
"Real" (İspaniya) - PSJ (Fransa)
"Şaxtyor" (Ukrayna) - "Roma" (İtaliya)
"Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya)
"Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə)
Qeyd: Mərhələnin ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.