Yunan-Roma güləşində ölkənin ən güclüləri müəyyənləşdi

ESTAFET/ Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir. 

İlk yarış günlərində 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kq-a qədər çəki dərəcələrində yunan-Roma güləşçiləri qüvvələrini sınayır. Ümumilikdə 177 yunan-Roma güləşçisinin mübarizə apardığı çempionat gərgin və maraqlı görüşlərlə yadda qalır.

Xəbər verdiyimiz kimi, iki günlük yarış proqramı üzrə keçirilən çempionatda yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. 

Bu gün isə 60, 67, 77, 87 və 130 kq çəki dərəcələrində final və bürünc medal uğrunda görüşlər keçiriləcək. Görüşlər saat 17:00-dan etibarən başlayacaq.

 

Güləş üzrə Azərbaycan çempionatı

Yunan-Roma güləşi

60 kq
FİNAL: Sakit Quliyev (Neftçi İK) - Murad Bazarov (ROİL) 3:1
Bürünc: Sədi Balabəyov (Cəngi GK) - Təbriz Yusubzadə (Lənkəran) 4:3
Bürünc: Murad Məmmədov (MOİK) - Elşad Məmmədov (Neftçi İK) 4:1

 

67 kq
FİNAL: Kamran Məmmədov (DİN İC) - Elman Muxtarov (MOİK) 4:1
Bürünc: Səbuhi Nağıyev (Neftçi İK) - Orxan Eyvazov (MOİK) 3:8
Bürünc: Məmmədəli Həsənov (Gənclik İK) - Şaiq Eyvazov (Göyçay) 0:9

 

77 kq
FİNAL: Həsən Əliyev (MOİK, Neftçi İK) - Hüseyn Abbasov (Sumqayıt, Zenit İC) 7:0
Bürünc: Rüstəm Əliyev (DİN İC) - Sənan Əlimirzəyev (MOİK) 2:1
Bürünc: İlkin Əsgərov (MOİK) - Azər Hüseynov (Zəngilan) 2:3

 

87 kq
FİNAL: Arif Niftullayev (Neftçi İK) - İslam Abbasov (MOİK) 3:5
Bürünc: Xəyal Mehtiyev (Cəngi GK) - Soltan İsmayılov (MOİK) 2:7
Bürünc: Fuad Əliyev (DİN İC) - Orxan Qəhdiranov (DİN İC) 6:7

 

130 kq
FİNAL: Oyan Nəzəriani (Atasport) - Cavid Feyziyev (Pəhləvan) 1:1*
Bürünc: Lövhər Heydərov (Gənclik İK) - Adəm Cəlilov (Zenit İC) 1:5
Bürünc: Əli Həsənov (Göyçay) - Uğur Hacılı (DİN İC) 5:0 tuşe