Sərbəstlər ilk 5 çəkinin güclülərini müəyyənləşdirdilər

ESTAFET/ Xəbər verdiyimiz kimi, Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı davam edir.

 

Son iki yarış günündə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kq-a qədər çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Ümumilikdə isə çempionatda 212 sərbəst güləşçi mübarizə aparır. 

 

Sərbəst güləş yarışlarında ilk gün Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bütün rəqiblərini üstələyərək Azərbaycan çempionu adını qazanıb.

 

61, 70, 79, 92 və 125 kq çəki dərəcələrində güləşçilər arasında final görüşləri isə sabah saat 13:00-da başlayacaq.

 

Güləş üzrə Azərbaycan çempionatı

 Sərbəst güləş

57 kq
FİNAL: Georgi Edişeraşvili (Atasport) - Əfqan Xaşalov (Zenit İC) 3:6
Bürünc: Kənan Ağamalıyev (Sumqayıt, Təhsil İC) - İslam Bazarqanov (Atasport) 3:4
Bürünc: Əliabbas Rzazadə (Zenit İC) - Arif Hüseynov (Abşeron) 9:1

 

65 kq
FİNAL: Ağahüseyn Mustafayev (MOİK) - Qalib Əliyev (MOİK, DİN İC) 11:0
Bürünc: Ənvərbəy Dalqatov (Atasport) - Əli Rəhimzadə (DİN İC) 9:3
Bürünc: Əhmədnəbi Qvarzatilov (Atasport) - Cahid Həsənzadə (MOİK) 12:2

 

74 kq
FİNAL: Hacımurad Ömərov (Atasport) - İsmayıl Abdullayev (Atasport) 4:2
Bürünc: Fazil Həsənov (Gəncə, Təhsil İC) - Coşqun Əzimov (MOİK) 1:8
Bürünc: Aqil Feyruzzadə (Abşeron) - Qurban Qurbanov (Atasport) 3:10

 

86 kq
FİNAL: Aleksandr Qostiyev (Atasport) - Hacımurad Məhəmmədsəidov (Atasport) 5:2
Bürünc: Vüqar Həziyev (Gömrükçü İSM) - Elçin Məmmədov (DİN İC) 0:10
Bürünc: Xaliq Əlizadə (Zenit İC) - İbrahim Yusubov (Qazax) 0:11

 

97 kq
FİNAL: Nurməhəmməd Hacıyev (Atasport) - Aslanbek Alborov (Atasport) 3:1
Bürünc: Firuz Termişli (Siyəzən) - Orxan Həsənov (Neftçi İK) +/-
Bürünc: Rahid Həmidli (Cəlilabad) - Şamil Zubairov (Atasport) 0:11