Yığmamızın iki oyununun vaxtı dəqiqləşdi

ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Qızıl Avropa Liqasında 2 oyununun vaxtı bilinib.

 

A qrupunda Bolqarıstan, Portuqaliya və Ukrayna ilə birlikdə mübarizə aparacaq voleybolçularımızın qrupdakı ilk və son oyunlarının vaxtı dəqiqləşib.  

 

Qrupda mübarizəyə ukraynalılarla başlayacaq voleybolçularımız, elə onlarla da qrup oyunlarına yekun vuracaq. İlk oyun may ayının 20-də, son oyun isə iyunun 6-da keçiriləcək.