"Barselona"nın növbəti təklifi 150 milyon oldu

ESTAFET/ İspaniyanın "Barselona” klubu braziliyalı futbolçu Filippe Koutinyonun transferi üçün İngiltərə "Liverpul”una növbəti dəfə təklif göndərib.

 

İspaniyanın nüfuzlu "Mundo Deportivo” nəşrinin xəbərinə görə, kataloniyalılar 25 yaşlı hücumameylli yarımmüdafiəçi üçün mersisaydlılara 150 milyon avro ödəməyə hazırdırlar. Həmin məbləğin 110 milyonu nəğd, 40 milyonu isə bonus şəkilində olacaq.

 

Qeyd edək ki, "Barselona” yay fəsiləsində Koutinyo üçün "Liverpul”a bir neçə dəfə təklif göndərib. Lakin İngiltərə klubu onu satmaqdan imtina edib. 2013-cü ildə İtaliya "İnter”indən alınan braziliyalı özü də "Barselona”ya transfer olunmaqda israrlıdır. (sportnet.az)