"Azəryol" cavab görüşündə də rəqibə aman vermədi
ESTAFET/ Xəbər verdiyimiz kimi, qadın həndbolçulardan ibarət “Azəryol” klubu Avropa Həndbol Federasiyasının (EHF) Çağırış kubokunda mübarizə aparır. Lüksemburqun "Düdelanj" komandası ilə ilk oyununu dünən keçirən həndbolçularımız bu gün cavab oyununa çıxıb.
İlk oyunda olduğu kimi, bu dəfə də hər 2 hissədə güclü olan komandamız yenə böyük fərqlə qalib gəlib – 32:16 (16:10). Komandamız ən məhsuldar oyunçusu 8 top vuran Anna Burova olub.