17 yaşlılar Qəbələdə hazırlaşacaqlar
ESTAFET/ Qəbələdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Yeni baş məşqçi Ramin Quliyev yanvarın 8-dən 22-dək davam edəcək toplanışa 28 nəfəri dəvət edib.
Vüsal Şabanov, Müşviq Nadirov, Nemət Şıxamirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Nazim Həsənzadə, Veysəl Rzayev, Çingiz Məmmədov, Samir Məhərrəmov, Kamal Kazımov, Rauf Məhərrəmov (hamısı “Qəbələ”), Mahir Həsənov, Mirəli Əhmədov, Fərid Yusifli, Valeh Qəhramanlı (hamısı “Neftçi”), Ramin Məhərrəmov, Fərid Muxtarov, Samir Abdullayev, Şirin Şirinov (hamısı “Keşlə”), Məhəmməd Əhmədov, Emil Quluzadə, Bəhruz Tanrıverdiyev (hamısı “Vətən”), Nemət Musayev (“Kəpəz”), Musa Qurbanlı (“Qarabağ”), Murad Əhmədov (“Neftçi” İK İB), Cəlal Cəbrayılov (“Sumqayıt”), Fərid Xasıyev (“Turan Tovuz”), Samir Qasımov (“Zirə”).