"Fənərbaxça" ikinci dövrəyə qələbə ilə başladı: Euroleague - XVI tur
ESTAFET/ Basketbol üzrə kişilər arasında qitənin ən nüfuzlu klub turniri olan Avroliqada ikinci dövrənin oyunları keçirilib.
Təkcə qitədə deyil, dünyada da maraqla izlənən turnirin ikinci dövrəsi maraqlı nəticələrlə yadda qalıb. Belə ki, turnir cədvəlinin lideri olan Moskva ÇSKA-sı Barselonadan məğlubiyyətlə dönüb. Son 15 oyunda 10 məğlubiyyət alan "Barselona" üçün bu qələbə "ilk səkkizlik" şansını saxlamaq üçün çox vacib idi.
Turnirin son qalibi olan İstanbul "Fənərbaxça"sı "Baskoniya"dan üstün olub.
Digər İstanbul təmsilçisi "Anadolu Efes" Yunanıstandan məğlubiyyətlə dönüb.
Avroliqa - 2017/2018 mövsümü
XVI turun oyunları
4 yanvar
"Panatinaikos" (Yunanıstan) - "Anadolu Efes" (Türkiyə) 90:79
"Unikaxa" (İspaniya) - "Valensiya" (İspaniya) 83:85
5 yanvar
"Barselona" (İspaniya) - ÇSKA (Rusiya) 85:72
"Fənərbaxça" (Türkiyə) - "Baskoniya" (İspaniya) 79:74
"Tsrvena Zvezda" (Serbiya) - "Jalgiris" (Litva) 77:65
"Bamberq" (Almaniya) - "Ximki" (Rusiya) 70:74
"Olimpiakos" (Yunanıstan) - "Olimpia Milano" (İtaliya) 87:80
"Real Madrid" (İspaniya) - "Makkabi" TA (İsrail) 93:81