Dünya Kubokunun Almaniya mərhələsi kanadalıların üstünlüyü ilə başa çatdı

ESTAFET/ Almaniyanın Altenberq şəhərində bobsley üzrə (qoşa yarışlar) Dünya Kubokunun növbəti mərhələsi başa çatıb.

 

Mərhələdə həm kişilərin, həm də qadınların mübarizəsində kanadalı bobsleyçilər qalib adını qazanıblar. Mərhələnin mükafatçıları isə aşağıdakı kimi formalaşıb:

 

Bobsley. Dünya Kuboku mərhələsi

Kişilər - Qoşa yarışlar

 

1. Castin Krips/Aleksandr Kopaks (Kanada)  1.49,21

2. Françesko Fridrix/Martin Qrotkopp (Almaniya)  +0,09

3. Niko Valter/Kristian Pozer (Almaniya)  +0,27

 

Qadınlar - Qoşa yarışlar

 

1. Keyli Hamfris/Felisiya Corc (Kanada)  1.52,62

2. Ceymi Qrubel/Eyci Evans (ABŞ)  +0,69

3. Anna Koler/Annika Drazek (Almaniya)  +0,90