Kseniya məğlub, Natalya qalib oldu

ESTAFET/ Voleybol üzrə qadınlar arasında Rusiya Super Liqasında XII turun oyunları keçirilib. Yığma komandamızın üzvləriKseniya Poznyak və Natalya Məmmədova komandalarının heyətində növbəti oyunlarının keçiriblər.

 

Kseniya Poznyakın şərəfini qoruduğu “Leninqradka” “Uraloçka”nı qəbul edib və meydanı məğlub tərk edib - 2:3. Voleybolçumuz oyuboyu 9 xal toplamağı bacarıb. 

 

Natalya Məmmədovanın oynadığı Kazan “Dinamo”su isə Çelyabinskin “Dinamo Metar”ını qəbul edib. Asan qələbə qazanan kazanlılar turnir cədvəlində liderliklərini davam etdirirlər. 3:0 (25:10, 25:19, 25:19) hesablı qələbəyə Natalya 13 xalla yardımçı olub.

 

12 turdan sonra 33 xalla “Dinamo Kazan” çempionatın lideridir. “Leninqradka” isə 14 xalla 7-ci pillədə qərarlaşıb.