Koutinyo formasına qovuşdu, amma zədəli çıxdı
ESTAFET/ “Barselona”nın yeni transferi Filippe Koutinyonun komandada hansı nömrəli formada çıxış edəcəyi dəqiqləşib. Braziliyalı yarımmüdafiəçi katalonların türk futbolçusu Arda Turanın nömrəsini əlindən alıb. Belə ki, o özü üçün "7" nömrəni seçib. Artıq klubun mağazalarında Koutinyonun adı yazılan 7 nömrəli formalar satışa çıxarılıb.
Bundan əvvəl isə, onu tibbi müayinədən keçirən həkimlər Koutinyonun zədəli olduğunu və debütünün 3 həftə sonra reallaşacağını bildiriblər. Beləliklə "Barsa" azarkeşləri yeni transferlərini yanvarın 28-də oynanılacaq La Liqanın XXI turunda “Alaves”lə matçda görməyə ümid edə bilərlər.