"Kəpəz"in əvəzediciləri hazırlığa start verib
ESTAFET/ “Kəpəz”in əsas komandası kimi əvəzedici heyəti də məşqlərə başlayıb. Komanda dünəndən Gəncədə hazırlıq keçir. Heyətdə 22 futbolçu yer alıb.
Məşqlərin ilk mərhələsi fiziki hazırlıq üzərində qurulub. Komanda bir həftə müddətində fiziki gücün və dözümlülüyün artırılması üzərində çalışacaq.