RİO-2016: ELVİN MÜRSƏLİYEV DAYANDI

ESTAFET/ Bugündən etibarən Rio Olimpiadasında ən çox inandığımız və medal gözlədiyimiz idman növü - güləş yarışları başlayır. İlk olaraq döşək üzərində Yunan-Roma növündəki pəhləvanlarımız güclərini sınayacaqlar.  

 

75 kq çəki dərəcəsində güləşən Elvin Mürsəliyev ilk görüşünü 1/16 final mərhələsində misirli Mahmud Fevzi Sebiyə qarşı keçirib. Gərgin keçən qarşılaşmanı pəhləvanımız 2-1 hesabı ilə başa vura bilib.

 

Növbəti mərhələdə Elvinin rəqibi qazax Doszan Kartikov olub. Rəqibini 5-1 hesablı məğlubiyyətə uğradan Elvin adını 1/4 final mərhələsinə yazdırıb.

 

1/4 finalda Elvin güclü macar güləşçi Peter Bacsi ilə qarşılaşıb və təəssüf ki, döşəyi məğlub tərk edib. İndi Elvin 3-cü yer üçün təsəlliverici görüşə çıxmaq üçün macar güləşçinin finala çıxmasını gözləməli idi. Lakin macar Danimarka təmsilçisi ilə görüşdə məğlub olduğundan Elvinin bürünc şansı da qalmadı.