Maradona "Sevilya"nın qərarını ağılsızlıq adlandırıb

ESTAFET/ "Sevilya"nın keçmiş hücumçusu, əfsanəvi Dieqo Maradona Əndəlus klubunun məşqçi dəyişikliyi ilə bağlı qərarını ağılsızlıq adlandırıb. 

 

"Beriççonun yerini Montellanın tutması ağılsızlıqdır. Xüsusilə nəzərə alsaq ki, Montellonu "Milan"dan qovmuşdular. Minlərlə məşqçi bu işi daha yaxşı bacarardı. Futbolu biznesmenlər idarə etməməlidir" - deyə futbolun canlı əfsanəsi öz İnstagram hesabında yazıb. 

 

Xatırladaq ki, Vinçenzo Montella ötən ilin dekabrında "Sevilya"nın baş məşqçisi təyin edilib. Bundan az öncə isə, komandaya rəhbərlik edən argentinalı Eduardo Beriççonun prostat xərçəngi olduğu üzə çıxmışdı.