Hücumçumuzun komandası liderliyini davam etdirir
ESTAFET/ Qadın voleybolçular arasında Rusiya çempionatında XIII turun oyunlarına start verilib. Milli komandamızın voleybolçusu Natalya Məmmədovanın çıxış etdiyi “Dinamo Kazan” da növbəti oyununu keçirib.
Kazanlılar azarkeşləri qarşısında “Yenisey”lə qarşılaşıb və meydanı 3:0 (25:18, 25:16, 25:10) hesablı qələbəsi ilə tərk ediblər. Natalya bu oyunda aktivinə 11 xal yazdıra bilib.
13 oyundan sonra "Dinamo Kazan" 36 xalla turnir cədvəlinə liderlik edir.