Şəhriyardan növbəti heç-heçə: Tata Steel Chess 2018 - IV tur
ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" yarışı davam edir.
Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.
Bu gün turnirdə 4-cü turun oyunları keçirilib və aşağıdakı nəticələr qeydə alınıb.
Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018
IV Tur
Sergey Karyakin (Rusiya, 2753) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) 0,5:0,5
Fabiano Karuana (ABŞ, 2811) - Uesli So (ABŞ, 2792) 0,5:0,5
Vladimir Kramnik (Rusiya, 2797) - Pyotr Svidler (Rusiya, 2768) 1:0
Vey Yi (Çin, 2743) - Cons (İngiltərə, 2640) 1:0
Aniş Giri (Hollandiya, 2752) - Maqnus Karlsen (Norveç, 2834) 0,5:0,5
Başikaran Adiban (Hindistan, 2655) - Vişvanatan Anand (Hindistan, 2767) 0,5:0,5
Hou Yifan (Çin, 2680) - Maksim Matlakov (Rusiya, 2718) 0:1