Samir Əliyev gözlənilən transferlər haqda danışdı

ESTAFET/ Təlim-məşq toplanışının ilk mərhələsini başa vuran “Səbail” bu gün Türkiyəyə yollanacaq. Paytaxt təmsilçisi II mərhələnin hazırlığını Antalyada keçəcək.

 

Baş məşqçi Samir Əliyev bir müddətdi baxışda olan “Rustavi”nin müdafiəçisi Nikolas Apakidze barədə də qərarını verib. Gənc çalışdırıcı əməkdaşımızla söhbətində gürcüstanlı futbolçunu özləri ilə birlikdə aparacaqlarını söyləyib: “Apakidze də bizimlə birlikdə Antalyaya gedir. Düzdü, yekun qərarımı verməmişəm. Amma çox güman ki, Apakidze ilə müqavilə imzalanacaq. 90 faiz deyə bilərəm ki, onu saxlayacağıq”.

 

Əliyev Antalyada heyətə yeni futbolçuların cəlb olunacağını da əlavə edib: “Türkiyədə bizə bir neçə oyunçu qoşulacaq. Onlarla demək olar ki, anlaşmışıq. Birbaşa müqaviləyə gələcəklər”.

 

Qeyd edək ki, fevralın 2-nə qədər Türkiyədə qalacaq “Səbail” qonşu ölkədə 4 yoxlama görüşü keçirəcək. 

 

Mənbə: APASport

Müəllif: Estafet.az