Gənclərimiz Albaniyaya məğlub oldular
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalya toplanışı çərçivəsində bu gün növbəti yoldaşlıq görüşünü keçirib. Bu oyun Rəşad Sadıqovun rəhbərliyi altında ikinci olsada, ilk ciddi sınaq kimi qeyd edə bilərik. Belə ki, komandamızın rəqibi Albaniyalı həmyaşıdları olub.
Xaricdə oynayan futbolçuların xidmətindən məhrum olan “Qarabağ”ın kapitanı heyəti yerli çempionatın iştirakçılarından qurmalı olub. Bununla belə, Sadıqov “Alanyaspor”la oyundan fərqli olaraq bu dəfə əlavə dörd futbolçunu - Mahir Mədətov, Ramil Şeydayev, Murad Xaçayev və Qismət Alıyevin də xidmətindən istifadə edib.
Lakin bu da komandamıza kömək etməyib. heyətə daxil edə biləcək.
Yoldaşlıq görüşü
21 yanvar
Azərbaycan U21 - Albaniya U21 0:1
Azərbaycan: 12 Abdulla Seyidəhmədov, 2 Sərtan Taşkın, 4 Bəhlul Mustafazadə (K), 5 Elvin Sərkərov, 6 Qismət Alıyev, 9 Fəhmin Muradbəyli, 20 Ömər Buludov, 24 İsmayıl İbrahimli, 26 Ramil Şeydayev, 27 Mahir Mədətov, 28 Hacıağa Hacılı
Ehtiyat oyunçular: 1 Kamran İbrahimov, 3 Anton Krivotsyuk, 7 Ehtiram Şahverdiyev, 8 İlkin Muradov, 10 Elnur Cəfərov, 13 Murad Qayalı, 14 Nicat Süleymanov, 16 İlyas Səfərzadə, 18 Ülvü İskəndərov, 21 Xəyal Nəcəfov, 25 Murad Xaçayev
Baş Məşqçi: Rəşad Sadıqov
Qeyd edək ki, gənclər millimiz debüt matçında “Alanyaspor”un U-21 komandası üzərində qələbə qazanmışdı.