Qadın həndbolçular ikinci dövrəyə yekun vurur

ESTAFET/ Bu gün qadın həndbolçular arasında Azərbaycan çempionatının 10-cu turunun 2 oyunu keçirilib.

 

İkinci dövrənin son turunda ilk olaraq “Azərsu” komandası “İdman Akademiyası”nı sınağa çəkib və 27:20 hesabı ilə qalib gəlib.

 

Digər matçda autsayderlərdən olan “Gənclər Birliyi” son oyunlarda yaxşı təsir bağışlayan “Qarabağ”a 26:35 hesablı ilə məğlub olub.

Müəllif: Natiq NƏSİROV