Şəhriyar liderliyi itirir: Tata Steel Chess 2018 - IX tur

ESTAFET/ Xəbər verdiyimiz kimi, Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" turniri davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.

 

Geridə qalan 8 turdan sonra təmsilçimiz 5,5 xalla turnir cədvəlində liderlər qrupunda qərarlaşıb. Bu gün Şəhriyar ağ fiqurlarla keçmiş Dünya çempionu rus Vladimir Kramniklə oynayacaq. 

 

Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018

IX Tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) - Vladimir Kramnik (Rusiya, 2797)  0,5:0,5
Fabiano Karuana (ABŞ, 2811) - Başikaran Adiban (Hindistan, 2655)  0,5:0,5
Sergey Karyakin (Rusiya, 2753) - Yi Vey (Çin, 2743) 0,5:0,5
Cons (İngiltərə, 2640) - Yifan Hou (Çin, 2680) 0,5:0,5
Maksim Matlakov (Rusiya, 2718) - Aniş Giri (Hollandiya, 2752)  0:1
Uesli So (ABŞ, 2792) - Pyotr Svidler (Rusiya, 2768) 0,5:0,5
Vişvanatan Anand (Hindistan, 2767) - Maqnus Karlsen (Norveç, 2834) 0,5:0,5

 

9 turdan sonra turnir cədvəli: 1. Giri - 6,5 xal, 2-3. Məmmədyarov, Karlsen 6 xal, 4-5. Kramnik, So - 5,5 xal, 6-7, Anand, Karyakin 5 xal, 8. Svidler - 4,5 xal, 9-10. Matlakov, Cons - 4 xal, 11-12. Yi vey, Karuana - 3,5 xal, 13. Adiban - 2,5 xal, 14. Yifan Hou - 1,5 xal.

Müəllif: Natiq NƏSİROV