RİO-2016: HAYLE İBRAHİMOV TƏSNİFATDA QALDI

ESTAFET/ Yüngül atletika yarışlarında bugün növbəti təmsilçimiz mübarizəyə qoşulub. Milliləşdirilmiş atlet Hayle İbrahimov 5000 metr məsafəyə qaçışda öz sürətini yoxlamağa çalışıb. Bu məsafəni 13 dəqiqə 27,11 saniyəyə qaçan atletimiz 50 nəfər arasında 19-cu olub ki, bu nəticə onun finala çıxmasına yetməyib.
Xatırladaq ki, yüngül atletika yarışlarında 4 atletlə təmsil olunurduq. Onlardan çəkicatmada Anna Skidan, üçtəkanla tullanmada Nazim Babayev daha öncə mübarizəni dayandırmışdılar. Sonuncu atletimiz Evans Kiplaqat Oyunların sonuncu günündə kişilərin marafon yürüşündə estafetə çıxacaq.
