"Qarabağ" günü tək məşqlə başa vurdu
ESTAFET/ "Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Komanda hazırlığın on beşinci gününü tək məşqlə başa vurub.
Səhər saatlarında başlayan məşq 90 dəqiqə davam edib. Futbolçularımız çalışmaya fiziki təmrinlərlə başlayıb və toplu hərəkətlərlə hazırlığı yekunlaşdırıb.