RİO-2016: NÖVBƏTİ BÜRÜNC ABAKAROVADAN GƏLDİ

ESTAFET/ Bu gündən etibarən Rioda estafetə taekvondoçular da çıxır. Azərbaycan bu növdə 4 idmançı ilə təmsil olunur. Patimat Abakarova və Fəridə Əzizova qadınların, Milad Beigi Herçaqani və Radik İsayev isə kişilərin yarışında mübarizə aparacaqlar.

 

Təmsilçilərimizdən ilk olaraq dayanq üzərinə qadınlar arasında 49 kq çəki dərəcəsində Patimat Abakarova çıxıb. İlk döyüşündə serbiyalı Tijana Boqdanoviçə 2-3 hesabı ilə məğlub olan Patimat rəqibin sonradan finaladək irəliləməsi nəticəsində bürünc şansını saxlayıb.

 

Bürünc uğrunda ilk döyüşündə Çin təmsilçisi Junqyu Vu ilə qarşılaşan təmsilçimiz bu şansdan maksimum istifadə edib və dayanqı 4-3 hesablı qələbə ilə tərk edib.

 

Təmsilçimizi bürünc uğrunda fransız Yasmina Aziz ilə görüş gözləyirdi. Düyüş böyu nəzarəti əlində saxayan Patimat yekunda 7-2 hesablı qələbə ilə yığmamızın aktivinə növbəti bürünc medalı əlavə edib.