Millimiz üçün tək rəqib Moldova qaldı
ESTAFET/ UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşib.
Bu səbəbdən, fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq. Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.
Xatırladaq ki, daha öncə Gürcüstanla razılaşdırılan oyun təxirə salındı. İndi millimiz yalnız Moldova ilə oyunla kifayətlənəcək.