Qurbanov ilk siyahısını təqdim etdi
ESTAFET/ Futbol üzrə Azərbaycan milli komandasının Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək heyəti açıqlanıb.
Yanvarın 30-da Moldova ilə yoxlama oyunu keçirəcək yığmamızın baş məşqçisi Qurban Qurbanov bu postda açıqladığı heyətə 24 futbolçu dəvət alıb.
Siyahıda “Qarabağ”dan 11, “Neftçi”dən 6, “Qəbələ”dən 3, “Sumqayıt”dan 2, “Keşlə”dən isə 1 futbolçunu yer alıb. Ölkə xaricində çıxış edənlərdən isə yalnız Ukrayna “Aleksandriya”sının üzvü Pavel Paşayev suyahıya düşüb.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Rəşad Əzizli (“Neftçi”);
Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə, Abbas Hüseynov (hamısı “Qarabağ”), Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Anton Krivotsyuk (hamısı “Neftçi”), Təmkin Xəlilzadə (“Qəbələ”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Emin Mahmudov (hər ikisi “Neftçi”), Cavid Hüseynov (“Qəbələ”), Bəhlul Mustafazadə (“Sumqayıt”), Cavid İmamverdiyev(“Sumqayıt”);
Hücumçukar: Mahir Mədətov, Ramil Şeydayev (hər ikisi “Qarabağ”), Ruslan Qurbanov (“Qəbələ”).