Şəhriyar Karlsenlə heç-heçə oynadı: Tata Steel Chess 2018

ESTAFET/ Hollandiyanın Veyk-an-Zee şəhərində dünyanın ən nüfuzlu şahmat supertirnirlərindən biri olan "Tata Steel Chess 2018" turniri davam edir. Artıq 80-ci dəfə keçirilən superturnirdə Azərbaycanın ən güclü şahmatçısı Şəhriyar Məmmədyarov (reytinqi 2804) da iştirak edir.

 

Bu gün turnirdə növbəti istirahət gününün ardından XI turun oyunları oynanılacaq. 

Təmsilçimizin bu turdakı rəqibi son illər dünya şahmatının dəyişməz lideri Maqnus Karlsen olacaq. Sona 3 tur qalmış, bu oyun çempionluq üçün həlledici rol oynayacaq.  



Veyk-an-Zee, Hollandiya
Tata Steel Chess 2018 

 

XI Tur
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2804) - Maqnus Karlsen (Norveç, 2834)  0,5:0,5
Fabiano Karuana (ABŞ, 2811) - Aniş Giri (Hollandiya, 2752)  0,5:0,5
Sergey Karyakin (Rusiya, 2753) - Vladimir Kramnik (Rusiya, 2797)  1:0
Uesli So (ABŞ, 2792) - Cons (İngiltərə, 2640)  1:0
Vişvanatan Anand (Hindistan, 2767) - Yifan Hou (Çin, 2680)  1:0
Başikaran Adiban (Hindistan, 2655) - Yi Vey (Çin, 2743)  0,5:0,5
Maksim Matlakov (Rusiya, 2718) - Pyotr Svidler (Rusiya, 2768)  0,5:0,5

 

11 turdan sonra turnir cədvəli: 1-3. Məmmədyarov, Karlsen, Giri - 7,5 xal, 4. Anand - 7 xal, 5-7. Kramnik, So, Karyakin - 6,5 xal, 8. Svidler - 5 xal, 9-12. Matlakov, Cons, Yi Vey, Karuana - 4,5 xal, 13. Adiban - 3,5 xal, 14. Yifan Hou - 2 xal.

Müəllif: Bəhruz MƏMMƏDOV