"Səbail" də məğlub oldu

ESTAFET/ Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama görüşünü keçirib. Paytaxt klubu bolqarlarla matçda gücünü sınayıb.

 

Belə ki, Samir Əliyevin kollektivi Plovdiv “Lokomotiv”i ilə münasibətlərinə oynayıb və 1:3 hesabı ilə uduzub.

 

Yoxlama oyunu

29 yanvar 2018

 

“Səbail” (Azərbaycan) - “Lokomotiv” (Plovdiv, Bolqarıstan)  1:3

Qol: Vüqar Nadirov 

 

Xatırladaq ki, “Səbail” daha öncə Türkiyədə 2 yoxlama görüşü keçirib. Premyer Liqanın debütantı “Çernomorets” (Ukrayna – 0:0) və “Napredak”la (Serbiya – 1:1) heç-heçə edib.

Müəllif: Bəhruz MƏMMƏDOV