Meza Kolli "Keşlə"də

ESTAFET/ Antalyada təlim-məşq toplanışında olan "Keşlə" heyətinə yeni oyunçu cəlb edib.
Klubdan qol.az-a verilən məlumata görə, iki gündür komandaya qoşulan Sezar Meza Kollinin durumu məşqçilər korpusu tərəfindən bəyənilib.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanacaq.
Xatırladaq ki, paraqvaylı yarımmüdafiəçi 2013-2016-cı illərdə "İnter"də (İndiki "Keşlə") çıxış edib. O, son olaraq ölkəmizdə "Zirə"də oynayıb.
Əlavə edək ki, Sezar Meza Kollinin qardaşı Derlis Meza Kolli "Neftçi"nin üzvüdür.
