"Sumqayıt" "Anji"yə məğlub oldu

ESTAFET/ Premyer Liqanın II yarısına hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün Antalyada növbəti yoxlama matçına çıxıb. Samir Abasovun komandası Rusiya Premyer Liqa komandası “Anji” ilə üz-üzə gəlib.
“Titanic Belek” otelinin stadionunda baş tutan qarşılaşma təmsilçimizin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Yoxlama oyunu
31 yanvar 2018
“Sumqayıt” (Azərbaycan) - “Anji” (Rusiya) 0:1
"Sumqayıt"ın start heyəti: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 5. Vüqar Bəybalayev, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyyubov, 70. Ülvi İsgəndərov
Ehtiyat futbolçular: 1. Fərhad Vəliyev, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 20. Rufət Abdullazadə, 36. Süleyman Süleymanov, 39. Tural Bayramlı, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk iki yoxlama görüşündə “Konkordiya”ya (Rumıniya - 0:1) məğlub olub, “Akademiya Pandev”lə (Makedoniya - 1:1) heç-heçə edib.

