Taekvondoçularımız Avropa Kubokuna bürünclə start verdilər

ESTAFET/ Dünən Türkiyənin İstanbul şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən sayca 6-ci olan Klublararası Avropa çempionatı başlayıb. Fevralın 9-da başa çatacaq Avropa çempionatında gənclərdən ibarət milli yığma komandamız da 17 idmançı ilə təmsil olunur.

 

İlin ilk yarışında iştirak edəcək gənc milli komandamızın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov oğlanlardan İsmayıl İsmayılov və Nihad Abbasov ( hər ikisi 45 kq), Xanoğlan Kərimov, Bəhruz Quluzadə və Pərviz İsgəndərov (hər üçü 48 kq), Yaşar Məmmədli, Ayaz Qənbərli ( hər ikisi 51 kq), Samir Məhərrəmov (55 kq), Yunis Məmmədzadə (59 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanova (73 kq) şans verəcək.

 

Qılzardan isə Ofeliya Allahverdiyeva (42 kq), Minayə Əkbərova və Mirvari Qənbərli (hər ikisi 44 kq), Aylin Eynullayeva (46 kq), Sevda Pirseyidova (49 kq) və İlahə Quluzadə (68 kq) mübarizəyə qatılacaqlar. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdədir.

 

Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda qüvvələrini sınayacaq. Klublarımızdan “Aran” T.K., Quba T.K., “Gömrükçü” İ.K., RUGİM, Sumqayıt G.İ.N., “Qəbələ” İ.K., DİN. İ.C., Masallı, “Qala” T.K., “Sərhədçi”, “Azəri” T.K., “Qafqaz” T.K., “Ümid” T.K., “Neftçi” İ.C., Gədəbəy GİK. və “Fərəh” T.K-nun yetirmələri medallar uğrunda mübarizə aparacaq.

 

İlk yarış günü artıq bir idmançımız medal qazanıb. Belə ki, Sumqayıt G.İ.N-nin yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV