"Xəzər" iddiasını ortaya qoydu: I Divizion - XIV tur

ESTAFET/ Futbol üzrə Azərbaycan I Divizionunda da qış fasiləsi başa çatıb. 14-cü turun bu gün keçirilən 2 oyunu ilə, mövsüm qaldığı yerdən davam edib.
Qarşılaşmaların birində son çempion “Turan Tovuz” MOİK-i qəbul edirdi. Tovuzlular oyunda hesabı açsalar da, yekunda "hərbçilər" qalib gəliblər.
Günün digər matçında istirahət dönəmində kifayət qədər transferlərlə yadda qalan Bakı “Xəzər”i həmşəhərlisi “Sabah”ı qəbul edib. Qarşılaşmanı 3 cavabsız qolla başa vuran meydan sahibləri iddialarında nə qədər ciddi olduqlarını olduqlarının isbatlayıblar.
I Divizion
14-cü tur
15 fevral 2018
“Turan Tovuz” - MOİK 1:2
Qollar: Elməddin Hüseynzadə 26 : Kamil Nurəhmədov 74, Orxan Həsənov 90+4.
Hakimlər: Rəşad Əhmədov, Yaşar Abbasov, Rza Məmmədov, Sərxan İsmayılov.
Tovuz şəhər stadionu
“Xəzər” - “Sabah” 3:0
Qollar: İsa Cəbiyev 67, Bəxtiyar Soltanov 73, Tural Qürbətov 90+2.
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Azər Əsgərov, Vüqar Həsənli.
Bakı. “İnter Arena”
Turun qalan 3 oyunu sabah keçiriləcək.

