"Azərsu" liderliyini möhkəmlədir

ESTAFET/ Bu gün qadın həndbolçular arasında Azərbaycan superliqasında növbəti turun 2 oyunu keçirilib.
12-cü tur çərçivəsində ilk olaraq, “Azəryol” klubu meydana çıxıb. Onlar “Gənclər Birliyi”nə böyük hesabla qalib gəliblər - 43:16.
Turun mərkəzi görüşündə isə “Azərsu” və “Qarabağ” komandaları qarşılaşıblar. Maraqlı və gərgin keçən qarşılaşmanın yekununda turnir cədvəlinin lideri "Azərsu" kollektivi qələbəni bayram edib - 28:26.
