Yeniyetmə yunan-Roma güləşçiləri ölkənin ən güclülərini müəyyənləşdiriblər

ESTAFET/ Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürüb.

 

Yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.

 

Yeniyetmələrin yarışında klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaq. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər.

 

İlk yarış günündə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 182 pəhləvan mübarizə aparıb.

 

Hər çəki dərəcəsində mükafata layiq yerlər tutmuş idmançılar medal və diplomla yanaşı təltif olunur və yığma komandanın heyətinə cəlb olunur.  

 

45 kq
1. Ziya Babaşov - Cəlilabad
2. Rəsul Məmmədzadə - MOİK
3. Məlik Əliyev - Həyat GK
3. Rəşad Məmmədov - ROİL

 

48 kq
1. Qurban Qurbanov - ROİL
2. Məhəmməd Əliyev - Neftçi İK
3. Niad Quluzadə - Neftçi İK
3. Yadigar Qaybalıyev - Kürdəmir


51 kq
1. Həzrət Cəfərov - ROİL
2. Elmir Əliyev - Pəhləvan İK
3. Rüfət Əlkişiyev - MOİK
3. Nihad Məmmədli - ROİL

 

55 kq
1. Murad Abbasov - Spartak
2. Elgün Rzayev - Hövsan GK
3. Təhmasib Ərzumanov - Sumqayıt
3. Elvin Quliyev - Cəngi GK


60 kq
1. Xanəhməd Zeynalov - Şirvan, Zirvə İK
2. Tağı Hacıyev - Təhsil İC
3. Rəvan Fərhadov - Gənclik İK
3. Murad Əhmədiyev - Balakən

 

65 kq
1. Ruslan Hədisov - Balakən
2. Asiman Quliyev - Masallı
3. Bünyad Əsgərov - Lənkəran
3. Allahverdi Əliyev - Neftçi İK


71 kq
1. Asim İmanzadə - MOİK
2. Ramil Nağıyev - Lerik
3. Ağalar Məmmədov - Sumqayıt
3. Radik Dayuyev - Qusar

 

80 kq
1. Elar Məmmədov - Mingəçevir
2. Qabil Əhmədov - Neftçi İK
3. Abbas İsayev - Naxçıvan
3. Murad Şatrayev - Balakən


92 kq
1. Laçın Vəliyev - Göyçay
2. Elşən Eyyubzadə - MOİK, Gəncə
3. Cəfərsadiq Muradlı - Cəlilabad
3. Elşən Çobanov - Sumqayıt

 

110 kq
1. Sərxan Məmmədov - Lokomotiv İC
2. Ülvü Məmmədov - Sumqayıt
3. Ramiz Fərmanov - Təhsil İC
3. Rəhim Quliyev - Gəncə

Müəllif: Bəhruz MƏMMƏDOV