Yusifzadə Bolqarıstanda yarımfinala vəsiqə əldə edib

ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində 1/4 final mərhələsi başa çatıb. Azərbaycan millisinin idmançısı Məsud Yusifzadə 69-cu dəfə keçirilən yarışın yarımfinalına vəsiqə əldə edib.

 

52 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yarımfinala gedən yolda iranlı Reza Suleymanifardla üz-üzə gəlib. Döyüş Yusifzadənin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.

 

Boksçumuz yarımfinalda ukraynalı Dmitri Zamotayevlə döyüşəcək. 

Müəllif: Natiq NƏSİROV