Bottas bu dəbilqəni seçdi

ESTAFET/ Mercedes komandasının sürücüsü Valtteri Bottas yeni mövsümdə istifadə edəcəyi dəbilqəni təqdim edib. Xatırladaq ki, bir müddət öncə o, fanlarına ünvanladığı videomüraciətdə onlardan mövsüm ərzində yarışacağı dəbilqə üçün dizayn təklifləri istəmişdi və yekunda təqdim edilən dizaynlardan birini seçəcəyini bildirmişdi.
Fin pilot sözünə sadiq qalıb. Belə ki, hazırda ən güclü pilotlardan biri hesab edilən Bottas, bütün variantları dəyərləndikdən sonra yeni dəbilqəsini bu gün təqdim edib.
