Yeniyetmə boksçular da ölkə birinciliyinə start verdilər

ESTAFET/ Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 375 idmançısı qatılıb.
2002-2003-cü il təvəllüdlü boksçular arasında keçirilən birincilikdə 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.
Final qarşılaşmaları isə martın 3-də olacaq.
