Balacayeva Azərbaycan çempionudur

 

ESTAFET/ Qadın şahmatçılar arasında keçirilən şahmat üzrə Azərbaycan çempionatına yelkun vurulub. 20 şahmatçının iştirak etdiyi çempionatda 6,5 xal toplayan 16 yaşlı Xanım Balacayeva hamını qabaqlayaraq çempion adına sahib olub.

 

17 yaşlı digər gənc və böyük perspektiv vəd edən şahmatmımız Günay Məmmədzadə də Xanımla eyni xal toplayıb. Lakin, əlavə göstəricilərə görə Günay ikinciliklə kifayətlənməli olub. Çempionatın bürünc mükafatçısı isə 6 xal toplayan Gülnar Məmmədova olub.

 

Zeynən və Türkan Məmmədyarova bacıları 5,5 xalla müvafiq olaraq, 4 və 5-ci yerləri tutublar. 

 

Sonuncu turda keçirilən qarşılaşmalar:  

Xanım Balacayeva  - Nərmin Söyünlü  0,5:0,5

Zeynəb Məmmədyarova - Günay Məmmədzadə  0:1

Türkan Məmmədyarova - Gülnar Məmmədova  0,5:0,5

Nərmin Məmmədova - Aydan Höccətova  1:0

Ülviyyə Fətəliyeva - Ayan Allahverdiyeva  1:0

Süsən Məmmədova - Səbinə İbrahimova  0:1

Səbinə Rzalı - Aynur Kətanova  1:0

İradə Əhmədova - Aytac Heydərova  0,5:0,5

Gövhər Beydullayeva - Jalə Babazadə  1:0

Samirə Babayeva - Ləman Hacıyeva  1:0

 

9 turdan sonra yekun xal durumu:

Xanım Balacayeva - 6,5 xal

Günay Məmmədzadə - 6,5 xal

Gülnar Məmmədova - 6 xal

Zeynəb Məmmədyarova - 5,5 xal

Türkan Məmmədyarova - 5,5 xal

Nərmin Məmmədova - 5,5 xal

Aydan Höccətova - 5 xal

Ülviyyə Fətəliyeva - 5 xal

Səbinə İbrahimova - 5 xal

Nərmin Söyünlü - 5 xal

Gövhər Beydullayeva - 4,5 xal

Ayan Allahverdiyeva - 4,5 xal

İradə Əhmədova - 4 xal

Səbinə Rzalı - 4 xal

Süsən Məmmədova - 3,5 xal

Aynur Kətanova - 3,5 xal

Aytac Heydərova - 3,5 xal

Samirə Babayeva - 2,5 xal 

Ləman Hacıyeva - 2,5 xal

Jalə Babazadə - 2 xal

Müəllif: Natiq NƏSİROV