"Yuventus"un təxirə salınan oyununun keçiriləcəyi vaxt bilindi

ESTAFET/ Futbol üzrə İtaliya A seriyasının XXVI turundan təxirə salınan “Yuventus” – “Atalanta” oyununun keçirilmə vaxtı bəlli olub.

 

Turinə yağan şiddətli qar səbəbindən təxirə salınan görüşün martın 14-də oynanılması haqda İtaliya Futbol Federasiyası qərar verib.

 

 

Müəllif: Bəhruz MƏMMƏDOV