Millimiz Ukrayna ilə 2 dəfə qarşılaşacaq

ESTAFET/ 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının martın 3-dən 9-dək Bakıda təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi çərçivəsində yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə 2 yoxlama oyunu keçirəcək.


Komandalar martın 6-da saat 16:00-da “Dalğa Arena”da, martın 8-də isə saat 11:00-da Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV