Karateçilər A seriya turnirinə yola düşür

ESTAFET/ Milli komandanın əsas və əvəzedici heyətinin bir neçə üzvü 2-4 mart tarixlərində Avstriyada Seria A turunirində iştirak edəcək. Dünya Karate Federasiyasının (WKF) Karate1 yarışlarından olan Zalsburq mərhələsində 8 idmançımız mübarizə aparacaq.
Qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), kişilərdən isə Rafiz Həsənov və Tural Ağalarzadə (ikisi də 67 kq), Samir Məmmədov (75 kq), Ayxan Mamayev və Pənah Allahverdiyev (84 kq) və Asiman Qurbanlı (+84 kq) tatamiyə çıxacaq.
Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov nüfuzlu turniri idarə edənlər arasında olacaq. Avstriyanın Zalsburq şəhərində Karate1 Seria A turnirinin medalları uğrunda 88 ölkədən 1597 idmançı yarışacaq.
