"Qəbələ" və "Zirə" evdə məğlub oldu: TPL - XVII tur

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında XVIII tura yekun vurulub. 

 

Turun ikinci günü Qəbələdə başlayıb. Meydan sahibləri “Neftçi”ni qəbul edirdi. "Qarabağ"ın bir gün əvvəl büdrəməsi "Qəbələ"yə liderə bir qədər yaxınlaşmaq üçün yaxşı imkan yaratmışdı. İlk hissədən sonra qəbələlilərin bu işin öhdəsindən gələcəyini düşünmək olardı. Belə ki, Elvin Məmmədovun qolu ilə hesabı açan meydan sahibləri fasiləyə üstün yollanıblar. Lakin, ikinci hissədə əzmkarlıq göstərən bakılılar dönüş yarada biliblər və yekunda çətin səfərdən 3 xalla qayıtmağı bacarıblar. 

 

Tura paytaxt derbisi ilə yekun vurulub. Bakıda keçirilən yeganə qarşılaşmada “Zirə” “Keşlə”ni sınağa çəkib. "Qəbələ"nin büdrəməsi "Zirə"yə ikinci yerdəki rəqibi ilə xal fərqini "əritmək" şansı yaratmışdı. Lakin 2018-ci ildə qələbə qazanmayan Ayxan Abbasovun yetirmələri uğursuz seriyanı davam etdiriblər. "Zirə" ardıcıl 11-ci görüşdə meydanı qolsuz tərk etməsə də, məğlubiyyətə düçar olub.

 

Topaz Premyer Liqası, 2017/18 mövsümü

XVIII turun oyunları

4 mart 2018

 

“Zirə” – “Keşlə”  1:2

Qollar: Elşən Abdullayev 28 : Tərlan Quliyev 13, Slavik Alxasov 73

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Abas Hüseynov

Hakim-inspektor: Xaqani Məmmədov

Zirə İdman Kompleksinin stadionu

"Zirə”: 62. Abdulla Seyidəhmədov, 3. Jozef Bum, 4. Vüqar Mustafayev (k), 5. Adil Nağıyev, 8. Milan Duriç, 14. Tellur Mütəllimov, 18. Yani Urdinov, 23. Yovan Krneta, 29. Evans Uilyams, 77. Mirsahib Abbasov, 88. Elşən Abdullayev

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 85. Kamal Bayramov, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 16. İbrahim Aslanlı, 17.Vüsal İsgəndərli, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 87. Müşfiq İlyasov

Məşqçi: Elnur Çodarov

“Keşlə”: 15. Orxan Sadıqlı (k), 3. Denis Silva , 4. Slavik Alxasov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 19. Pablo Podio, 21. Herve Tçami, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 14. Andre Klennon, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 66. Murad Qayalı, 88. Məmməd Quliyev

Baş məşqçi: Yuri Maksimov

 

 

“Qəbələ” – “Neftçi”  1:2

Qollar: Elvin Məmmədov 33 : Mirabdulla Abbasov 57; İqnasio Errera 73

Qırmızı vərəqə: Yusif Nəbiyev, 83

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev

AFFA nümayəndəsi: Şaiq Həmidov

Hakim-inspektor: Füzuli Nəcəfov

Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Baqali Dabo, 10. Ruslan Qurbanov, 6. Elvin Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 34. Urfan Abbasov (k), 45. Famussa Kone , 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 77. Samir Qurbanov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 33. Təmkin Xəlilzadə, 62. Faiq Hacıyev, 72. Kamran Quliyev

Baş məşqçi: Roman Qriqorçuk

“Neftçi”: 94. Rəşad Əzizli, 15. Ruslan Abışov (k), 2. İlkin Qırtımov, 25. Kiril Petrov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 10. Derlis Meza Kolli, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 11. İqnasio Errera, 22. Mirabdulla Abbasov

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 9. Lukas Qomes, 20. Elnur Süleymanov, 26. Ömər Buludov, 12. Mayk Kampaz, 3. Fərid Abbaslı, 77. Elvin Sərkərov

Baş məşqçi: Tərlan Əhmədov 

Müəllif: Natiq NƏSİROV